git-flow soraqçası

Daniel Kummer tərəfindən yaradılıb Tweet

Vincent Driessen tərəfindən git-flow vasitəsilə effektiv budaqlanma

translations: English - Castellano - Brazilian Portugues - 繁體中文(Traditional Chinese) - 简体中文(Simplified Chinese) - 日本語 - Türkçe - 한국어(Korean) - Français - Magyar(Hungarian) - Italiano - Nederlands - Русский (Russian) - Deutsch (German) - Català (Catalan) - Română (Romanian) - Ελληνικά (Greek) - Українська (Ukrainian) - Tiếng Việt (Vietnamese) - Polski - فارسی - Azərbaycanca (Azerbaijani) Bahasa Indonesia

Haqqında

Git-flow depo üzərində Vincent Driessen'in budaqlanma modeli üzrə yüksək səviyyəli əməliyyatlar aparmaq üçün git əlavələrinin yığınıdır. ətraflı

★ ★ ★

Bu soraqça git-flow əməliyyatlarının istifadəsinin əsaslarını və effektini göstərir

★ ★ ★

Əsas ipucuları

  • Git-flow möhtəşəm kömək və çıxış imkanı verir. Nə baş verdiyini görmək üçün onu diqqətlə oxuyun ...
  • macOS/Windows kliyenti Sourcetree git üçün mükəmməl qrafik istifadəçi interfeysidir, həmçinin git-flow dəstəyi təqdim edir.
  • Git-flow birləşmə əsaslı həlldir. O xüsusiyyət budaqlarını birləşdirmək üçün rebase istifadə etmir.

★ ★ ★

Quraşdırılması

  • Öncədən git'in quraşdırılması, işlək olması şərtdir.
  • Git flow macOS, Linux və Windows-da çalışır

★ ★ ★

macOS

Homebrew
$ brew install git-flow-avh
Macports
$ port install git-flow-avh

Linux

Debian əsaslı distributivlər
$ apt-get install git-flow
Red Hat əsaslı distributivlər
$ yum install gitflow

Windows (Cygwin)

$ wget -q -O - --no-check-certificate https://raw.github.com/petervanderdoes/gitflow-avh/develop/contrib/gitflow-installer.sh install stable | bash

Git-flow quraşdırmaq üçün wget və util-linux alətləri lazımdır.

Git-flow'nun detallı quraşdırılma addımları üçün zəhmət olmasa git flow wiki səhifəsinə daxil olun.

install git-flow

Başlayarkən

Layihənizin ilkin tənzimlənməsi üçün git-flow'nun başladılması lazımdır.

★ ★ ★

Başladılma

Git-flow'nu mövcud git deponun daxilində başlatmaqla istifadə edin:

git flow init

Budaqlarınızın adlandırma konvensiyasıyla bağlı bir neçə suala cavab verməli olacaqsınız.
Öncədən təyin edilmiş qiymətlər istifadə etmək tövsiyyə olunur.

Xüsusiyyətlər

  • Gələcək buraxılışlar üçün yeni xüsusiyyətlər tərtib edin.
  • Adətən yalnız tərtibatçıların deposunda olur.

★ ★ ★

Yeni xüsusiyyət başladın

Yeni xüsusiyyətlərin tərtibatı 'develop' budağından başlayır.

Yeni xüsusiyyətin tərtibatına

git flow feature start MYFEATURE

ilə başlayın

Bu əmr 'develop' əsasında yeni xüsusiyyət budağı yaradır və ona qoşulur

Xüsusiyyəti tamamlayın

Xüsusiyyətin tərtibatını tamamlayın. Bu əmr aşağıdakılarını yerinə yetirir:

  • MYFEATURE budağını 'develop' budağına birləşdirir
  • Xüsusiyyət budağını silir
  • 'develop' budağına qoşulur
git flow feature finish MYFEATURE

Xüsusiyyəti yayımlayın

Xüsusiyyəti birlikdə tərtib edirsiniz?
Tərtib etdiyiniz xüsusiyyəti kənar serverə yayımlayın ki, digər istifadəçilər ondan yararlana bilsinlər.

git flow feature publish MYFEATURE

Yayımlanmış xüsusiyyətin əldə olunması

Digər istifadəçinin yayımladığı xüsusiyyəti əldə edin.

git flow feature pull origin MYFEATURE

Xüsusiyyəti origin deposunda aşağıdakı əmrlə izləyə bilərsiniz git flow feature track MYFEATURE

Buraxılış yaradın

  • Yeni buraxılışa hazırlıqda kömək edir.
  • Kiçik xətaların düzəldilməsinə və buraxılış üçün meta-məlumatların hazırlanmasına imkan verir

★ ★ ★

Buraxılışa başlayın

Buraxılışa başlamaq üçün git flow release əmrindən istifadə edin. O 'develop' budağı əsasında buraxılış budağını yaradır.

git flow release start RELEASE [BASE]

İstədiyiniz halda [BASE] - kommitin sha-1 heşini verməklə buraxılışa burdan başlaya bilərsiniz. Bu kommit 'develop' budağında olmalıdır.

★ ★ ★

Digər tərtibatçıların da buraxılış kommitlərinə imkan yaratmaq üçün, buraxılış budağı yaradıldıqdan dərhal sonra yayımlanması yaxşı olardı. Bunu aşağıdakı əmrlə, xüsusiyyət yayımlanmasına bənzər şəkildə edin:

git flow release publish RELEASE

(Kənar buraxılışları izləmək üçün
git flow release track RELEASE əmrindən istifadə edə bilərsiniz)

Buraxılışı tamamlayın

Buraxılışın tamamlanması git budaqlanmsında böyük addımlardan biridir. O aşağıdakıları yerinə yetirir:

  • Buraxılış budağını 'master' budağına birləşdirir
  • Buraxılışı adına uyğun teqləyir
  • Buraxılış budağı geriyə, 'develop' budağına birləşir
  • Buraxılış budağı silinir
git flow release finish RELEASE

git push --tags əmri ilə teqlərinizi göndərməyi unutmayın

Düzəlişlər

  • Düzəliş ehtiyacı məhsulun işlək, hazır versiyasındakı arzuolunmaz halı dərhal aradan qaldırmaq üçün yaranır.
  • Hazır versiyaya uyğun master budağındakı teqdən budaqlana bilər.

★ ★ ★

git flow hotfix start

Digət git flow əmrləri kimi düzəliş

git flow hotfix start VERSION [BASENAME]

ilə başlayır

Versiya arqumenti yeni düzəliş edilmiş buraxılış adını təyin edir. İstədiyiniz halda düzəlişə başlayacağınız BASENAME-kommiti göstərə bilərsiniz.

Düzəlişi tamamlayın

Düzəliş tamamlandığı halda o 'develop' və 'master' budaqlarına birləşir. Əlavə olaraq 'master' budağına birləşmə düzəlişin versiyası ilə teqlənir.

git flow hotfix finish VERSION

Əmrlər

git-flow commands

Qeyd və qalıqlar

★ ★ ★

  • Bura bütün mövcud əmrlər deyil, ən vacibləri qeyd edilmişdir
  • Siz hələ də git və onun əmrlərini bildiyniz, normal qaydada istifadə edə bilərsiniz, git flow sadəcə alətlər toplusudur
  • 'support' imkanı hələ beta versiyasındadır, istifadəsi tövsiyə olunmur
  • Əgər siz tərcümələr təqdim etmək istəsəniz, onları qoşmaqda məmnun olaram

★ ★ ★

Please enable JavaScript to view the comments powered by Disqus. comments powered by Disqus

AltStyle によって変換されたページ (->オリジナル) /